REGİONLAR


Fransanın xəbər portalının təsisçisi: Ağdam erməni vandalizmi nəticəsində xarabalığa çevrilib VİDEO

Fransanın xəbər portalının təsisçisi: Ağdam erməni vandalizmi nəticəsində xarabalığa çevrilib VİDEO

Ağdam, 7 dekabr, T.Ağaməmmədov, AZƏRTAC

Bu, mənim Ağdama ikinci səfərimdir. Birinci səfərim 2021-ci ilin mayında olub. Göründüyü kimi, bu şəhər müharibə zamanı yox, erməni vandalizmi nəticəsində yerlə-yeksan edilib və xarabalığa çevrilib. İndi anlayıram ki, Ağdam şəhəri nəyə görə Qafqazın Xirosiması adlanır.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında erməni işğalından azad edilən Ağdam rayonunda Fransanın “Musulmans en France” xəbər portalının təsisçisi və baş redaktoru Jan Mişel Brun söyləyib.

İkinci səfərində Ağdamı tam fərqli gördüyünü söyləyən Jan Mişel Brun deyib: “Hiss edirəm ki, bu torpaqlara həyat yenidən qayıdır. Burada çoxsaylı yeni tikintilərə rast gəldim. Bir il əvvəl Ağdamın dağıdılmış Cümə məscidində də olmuşdum. Ümid edirəm ki, bütün işğaldan azad olunmuş ərazilər, o cümlədən bu məscid də uğurla bərpa olunacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.