DÜNYA


Fransaya məxsus hərbi təyyarə radarlardan itib

Bakı, 9 yanvar, AZƏRTAC

Fransaya məxsus “Mirage 2000-D” hərbi təyyarəsi ölkənin şərqindəki dağlıq ərazilərdə radarlardan itib. Güman edilir ki, təyyarə qəzaya uğrayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Fransa rəsmilərinin bildirdiyinə görə, təyyarədə iki pilot olub və o, Nansi-Oçey hərbi bazasından havaya qalxdıqdan qısa müddət sonra radarlardan itib. Pilotlarla əlaqə qurmaq mümkün olmayıb və dərhal axtarışa başlanılıb.

“L'est Republican” qəzetinin yazdığına görə, həmin ərazidə bəzi əşyalar, o cümlədən paraşüt və xəritə tapılıb. Təyyarənin yoxa çıxdığı əraziyə son günlər yağan güclü qar axtarış əməliyyatını çətinləşdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.