ELM VƏ TƏHSİL


Fransaya və dünya mədəniyyətinə virtual gəzinti imkanı

Bakı, 3 aprel, AZƏRTAC 

UNESCO və dünyanın məşhur Konqres Kitabxanasının təşəbbüsü ilə 2007-ci ildə fəaliyyətə başlayan Dünya Rəqəmsal Kitabxanası dünyanın ən böyük tarixi kolleksiyalarını yüksək keyfiyyətdə hər kəsə pulsuz olaraq onlayn şəkildə təqdim edir. Bu barədə AZƏRTAC-a Azərbaycan Dillər Universitetindən məlumat verilib.

Dünyanın mədəni irsini təmsil edən 15 mindən çox sənəd, nadir və qiymətli əsərlər, kitablar, jurnallar, xəritələr, filmlər və hətta səs yazıları bu saytda mövcuddur.

Sayt 7 dildə fəaliyyət göstərir (fransız, ingilis, rus və digər dillərdə) və giriş sərbəstdir. Beləliklə, #evdəqal aksiyasını davam etdirməklə Fransaya və dünya mədəniyyətinə virtual gəzinti edə bilərik: Luvr muzeyi, Versal sarayı, Orse muzeyi, Dünya rəqəmsal kitabxanası.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.