MƏDƏNİYYƏT


Fransızlar Azərbaycan rəqslərinə valeh olub

Paris, 26 sentyabr ( AZƏRTAC). Azərbaycan tarixini, mədəniyyətini, Məhsəti Gəncəvi və Nizami Gəncəvi kimi dahi söz ustalarını, habelə ölkəmizin reallıqlarını fransızlara daha yaxından tanıtmaq məqsədilə 2012-ci ilin sonlarından etibarən Fransanın 20-yə yaxın şəhərində “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” adı altında möhtəşəm layihəni həyata keçirən Heydər Əliyev Fondu bu işlərin davamı olaraq sentyabrın 19-dan Parisin Vl rayonundakı Sen-Sülpis meydanında “Azərbaycan şəhərciyi” çərçivəsində Azərbaycan günləri təşkil edib.

Xəbər verdiyimiz kimi sentyabrın 28-dək davam edəcək şəhərcikdə hər axşam Azərbaycan incəsənət ustaları müxtəlif konsert proqramları ilə çıxış edir.

Sentyabrın 25-də Fikrət Əmirov adına Azərbaycan Dövlət mahnı və rəqs ansamblının üzvləri meydana toplaşan paytaxt sakinlərini və qonaqları milli rəqslərimizlə valeh edib.

Oynaq və şən musiqi sədaları altında rəqqaslarımızın ifa etdikləri rəqs nömrələrinin tamaşaçılar tərəfindən dəfələrlə sürəkli alqışlarla qarşılanması onların Azərbaycan incəsənətinə böyük marağından xəbər verib.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.