DÜNYA


Fransızların 72 faizi pensiya əleyhinə islahatlara qarşıdır

Fransızların 72 faizi pensiya əleyhinə islahatlara qarşıdır

Paris, 9 fevral, AZƏRTAC

Fransa əhalisinin 72 faizi pensiya islahatına etirazların davam etməsini, o cümlədən 41 faizi nümayişlərin daha da sərtləşdirilməsini istəyir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Elabe” institutunun apardığı sosial sorğunun nəticələrinə dair məlumatda bildirilib. Qeyd edilib ki, fransızların əksəriyyəti pensiya islahatına qarşıdır.

Respondentlərin 70 faizi hökumətin irəli sürdüyü pensiya islahatlarının ədalətsiz olduğunu, 58 faizinin pensiya sisteminin davamlılığını təmin etmək üçün yeni islahatların səmərə verməyəcəyini və 53 faizinin islahatlara zərurət olmadığını bildirir.

Ümumi Əmək Konfederasiyasının (CGT) Baş katibi F.Martinez etirazlarla bağlı “daha çox, daha sərt və daha kütləvi” çağırışları edib.

Bununla belə, fransızların əksəriyyəti düşünür ki, pensiya islahatına dair qanun layihəsinə səs veriləcək və yeni islahatlar tətbiq olunacaq.

 
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.