REGİONLAR
Frederik Düma: Biz Fransa Milli Assambleyasının deputatları olaraq erməni vəhşilikləri ilə bağlı UNESCO-ya məktub ünvanlayacağıq
Füzuli, 24 iyul, AZƏRTAC
Burada yandırılmış, dağıdılmış, viran qalmış yurd yerlərini görmək bizi çox təsirləndirdi. Bizə məlumat verildi ki, işğala qədər Füzuli şəhərində 20 minə qədər insan yaşayıb. Bütün şəhər tamamilə dağıdılıb, insanlar öz doğma yurd-yuvalarından didərgin salınıb. Tarixi, mədəniyyət və memarlıq nümunələri, xüsusilə də inanc yerləri, məscidlər dağıdılıb. Bu, çox təsirləndiricidir.
Bunu AZƏRTAC-a açıqlamasında Füzulidə erməni vandalizmi ilə tanış olan Fransa Milli Assambleyasının nümayəndə heyətinin üzvü Frederik Düma bildirib.
“Tarixi mədəniyyət abidələri dağıdılırsa, bu, milli irsə qarşı cinayətdir. Biz Fransa Milli Assambleyasının deputatları olaraq UNESCO-nun Baş katibliyinə məktub ünvanlayacağıq. Araşdırma missiyası gəlsin, burada tarixi, mədəniyyət abidələrinin dağıdılması ilə bağlı araşdırma aparsın və bu hadisələrə qiymət versin”, - deyə Frederik Düma vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [12:58]
Bağanis Ayrımın ən yaşlı sakini: Kəndimizə qayıdan kimi qurban kəsəcəyəm
- 23.04.2024 [12:33]
Növbəti köç karvanı Füzuliyə çatıb
- 23.04.2024 [10:46]
“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı
- 23.04.2024 [10:18]
Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb VİDEO
- 23.04.2024 [10:17]
Naxçıvanda ilk dəfə müəllimlər iş yerlərini dəyişə biləcəklər
- 23.04.2024 [09:42]
Xankəndidə silah-sursat aşkarlanıb
- 22.04.2024 [22:06]
Ödənişli yolda qəza baş verib, yaralananlar var VİDEO
- 22.04.2024 [20:22]
Kəngərli rayonunda avtomobillər toqquşub, yaralananlar var
® ABB-nin ATM-lərində yenilik!
- [12:40]
Goranboyda zəlzələ olub
- [10:42]
Düzgün nəfəs almaq ömrü uzadır
- [06:44]