DÜNYA


“Freedom House” barədə proqnozlar Macarıstanda da özünü doğrultdu

Budapeşt, 19 fevral, AZƏRTAC

Bəzi beynəlxalq təşkilatların, o cümlədən Amerika hökuməti tərəfindən maliyyələşdirilən “Freedom House” təşkilatının fəaliyyəti barədə AZƏRTAC da öz proqnozlarını bildirmişdi. Həmin kontorun sonuncu illik sorğusunda Macarıstanın reytinqinin azaldılacağı barədə proqnozlar da düz çıxdı. Belə ki, amerikalı qrantyeyənlərin fikrincə, Macarıstan indi yalnız “qismən azad” ölkə hesab edilir, guya bu ölkədə siyasi hüquqlar və vətəndaş azadlıqları pozulur, ona görə də indi Macarıstan “azad ölkə” kimi təsnif edilməyən “birinci Aİ ölkəsi” hesab olunur.

Baş nazir Orbanın “miqrasiya yükü”nü Avropa İttifaqının üzvü olan digər ölkələrlə bölüşmək məsələsində mövqeyini dəyişmədiyini nəzərə alsaq, bu da gözlənilən idi.

“Freedom House” öz məruzəsinin xülasəsində gözdən pərdə asmaq üçün Macarıstanda siyasi oyun meydanında qeyri-bərabər şərait yaradılmasını tənqid edir. Sənəddə 2018-ci ilin seçki kampaniyasında hakim Fides partiyası tərəfindən səslərin üçdə iki hissəsini toplayaraq çoxluğu özü üçün bərpa etməsi sərt antimiqrant ritorika kimi xarakterizə edilir. Hesabatda deyilir: “Hakim koalisiya tərəfindən dövlət resurslarının səfərbər edilməsi, KİV-lərin qərəzli mövqeyi və müxalifətin reklam bazarından istifadə imkanına təsir göstərən məhdudiyyətlər nəticəsində müxalifətin Fidesə meydan oxumaq bacarığı əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb”.

Sənəddə daha sonra qeyd edilir ki, 2018-ci il seçkilərinə qədər dövlət auditor idarəsi tərəfindən cərimə edilmiş altı müxalifət partiyasının buna etiraz etmək imkanları zəif olub.

“Freedom House” narahatlıq doğuran bir sıra başqa mühüm amilləri, o cümlədən hökumətin Mərkəzi Avropa Universitetinin statusu məsələsini həll etməkdən boyun qaçırmasını, bu universitetin faktiki olaraq ölkəni tərk etmək məcburiyyətində qalmasını, Konstitusiyaya düzəlişlər edilməsini vurğulayır. Həmin düzəlişlərə görə, bütün dövlət orqanları xristian mədəniyyətini müdafiə etməyə borcludurlar və yığıncaqlar azadlığının məhdudlaşdırılması üçün yeni hüquqi əsaslar yaradılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.