SİYASƏT


Fuad Axundov “Dojd” telekanalının efirində: Nikol Paşinyan vəziyyəti çətinləşdirir

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Fuad Axundov Rusiyanın “Dojd” xəbər kanalının efirində bildirib ki, İrəvan Dağlıq Qarabağ münaqişəsinin diplomatik tənzimlənməsində maraqlı deyil və Ermənistanın baş naziri Nikol Paşinyan vəziyyəti çətinləşdirmək üçün əlindən gələn hər şeyi edir.

F.Axundov ABŞ Dövlət katibi Maykl Pompeonun təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qarşıdakı məsləhətləşmələri ilə əlaqədar gözləntilər barədə məsələni şərh edərək deyib: “Nikol Paşinyanın münaqişənin diplomatik yolla həll edilməməsi ilə bağlı açıqlaması bir daha nümayiş etdirir ki, Ermənistan məsələnin sülh yolu ilə həll olunmasında qətiyyən maraqlı deyil. O, bunu Moskvada xarici işlər nazirləri arasında məsləhətləşmələrin getdiyi, ABŞ-da məsləhətləşmələrin olacağı zamanda söyləyir. Bu, vəziyyəti çətinləşdirir”.

Sektor müdiri guya Azərbaycan tərəfində suriyalı silahlıların döyüşməsi barədə iddialara da cavab verərək bütün bunların feyk məlumatlar olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, Qarabağda XXI əsrin ordusu (Azərbaycan) XX əsrin ordusuna (Ermənistan) qarşı vuruşur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.