İDMAN


Fuad Cəfərov memorialı: 11 yaşadək uşaqlar arasında turnirin qalibi müəyyənləşib

Bakı, 9 yanvar, AZƏRTAC 

Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru, şahmat turnirlərinin peşəkar təşkilatçısı Fuad Cəfərovun xatirəsinə həsr olunan memorialın C qrupunda (11 yaşadək şahmatçılar) yarışlara yekun vurulub.

AZƏRTAC xəbər verir ki, 37 şahmatçının mübarizə apardığı bu yarışın yeddi turunun nəticələrinə görə Nihad Kərimov (1404) 6 xalla birinci yeri tutub. İkinci və üçüncü yerlərə Aqşin Əlizadə (1088) və Lalə Hüseynova (1199) 5,5 xalla sahib olublar.

Beynəlxalq şahmat festivalı yanvarın 3-də başlayıb və yanvarın 11-dək davam edəcək. Hazırda “Masters” və “Open” yarışları davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.