İDMAN


Fuad Cəfərov memorialı: “Masters” turnirinin qalibi müəyyənləşib

Bakı, 10 yanvar, AZƏRTAC

Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru, şahmat turnirlərinin peşəkar təşkilatçısı Fuad Cəfərovun xatirəsinə həsr olunan memorial çərçivəsində beynəlxalq “Masters” turniri davam edir.

AZƏRTAC xəbər verir ki, 10 şahmatçının, o cümlədən 4 qrossmeysterin iştirak etdiyi A qrupunda səkkizinci turun oyunları yekunlaşıb. Dairəvi turnirdə İran təmsilçisi Araş Təhbaz (2468) səkkiz turun nəticələrinə görə, 6,5 xalla artıq turnirin qalibi adını alıb. Qeyd edək ki, ikinci yerin sahibi ukraynalı Mixail Simantsevin (2401) cəmi 5 xalı var. Azərbaycan şahmatçısı Ülvi Bacarani (2421) isə 8 turun nəticəsinə görə 4 xalla üçüncü yeri tutub.

Turnirə yanvarın 11-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.