İDMAN


Fuad Cəfərov memorialının “Open” turnirində beşinci turun oyunları yekunlaşıb

Bakı, 9 yanvar, AZƏRTAC 

Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru, şahmat turnirlərinin peşəkar təşkilatçısı Fuad Cəfərovun xatirəsinə həsr olunan memorial çərçivəsində keçirilən “Open” turnirində beşinci turun oyunları yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, 80 şahmatçının qatıldığı “Open” turnirində beş turdan sonra azərbaycanlı şahmatçı Azad Abbasov (1511) 4,5 xalla turnir cədvəlində liderdir. Sonrakı üç pillədə isə hər birinin aktivində 4,5 xal olan Azərbaycan şahmatçıları Loğman Quliyev, Adil İsrafilov və İran təmsilçisi Arya Omidi qərarlaşıblar.

On şahmatçının, o cümlədən 4 qrossmeysterin mübarizə apardığı A qrupunda – beynəlxalq “Masters” turnirində isə yeddinci turun oyunları davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.