İDMAN


Fuad Cəfərov memorialının keçiriləcəyi vaxt dəqiqləşib

Bakı, 10 oktyabr, AZƏRTAC 

Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru, şahmat turnirlərinin peşəkar təşkilatçısı Fuad Cəfərovun xatirəsinə həsr olunan növbəti beynəlxalq şahmat festivalı gələn il yanvarın 3-dən 11-dək keçiriləcək.

AZƏRTAC xəbər verir ki, beynəlxalq turnir üç qrup üzrə təşkil olunacaq. A qrupunda qrossmeyster və beynəlxalq ustalar, B qrupunda açıq, C qrupunda isə 11 yaşadək şahmatçılar iştirak edə bilərlər. Bundan əlavə, festival çərçivəsində rapid və blitz yarışları da keçiriləcək. Open, U-11 və tempo yarışlarının ümumi mükafat fondu 3500 manat təşkil edir.

Turnirin direktoru beynəlxalq dərəcəli hakim İlqar Bacarani olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.