REGİONLAR


Fuad Muradov: Azərbaycan və Türkiyə icmaları dünyanın 50-dən çox ölkəsində birgə fəaliyyət göstərir VİDEO

Gəncə, 4 noyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC

Biz Gəncədə baş verən erməni terroru ilə bağlı buradayıq. Türkiyə həmişə Azərbaycanın yanında olub. Eyni zamanda, bizim bu haqq işimizdə xaricdə yaşayan türk icmaları da Azərbaycan icmalarına dəstək veriblər.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Gəncədə jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

Fuad Muradov qeyd edib ki, Azərbaycan və Türkiyə icmaları dünyanın 50-dən çox ölkəsində birgə fəaliyyət göstərir: “Bu gün bizim haqlı mücadiləmizə qarşı yalan məlumatların yayılmasında ermənilər xüsusi canfəşanlıq edirlər. Biz bununla bağlı da birgə mübarizə aparırıq. Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Eren buradan qayıdarkən bütün türk icmalarına, xaricdə yaşayan soydaşlarına erməni vəhşiliyi barədə məlumat verəcək. Bizim birgə yol xəritəmiz var və bu istiqamətdə işlərimiz davam edir. Bu gün Türkiyədə elə bir insan yoxdur ki, Gəncənin, Bərdənin, Naftalanın, ümumiyyətlə hərbi obyektlərin olmadığı şəhərlərin bombalanmasını pisləməsin”.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etdiyini deyən F.Muradov qeyd edib ki, türkiyəli qonaqlar general-mayor Polad Həşimovun və Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidovun ailələrini də ziyarət ediblər.

Fuad Muradov İzmirdə baş verən zəlzələ nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyib və ilk gündən Azərbaycanın İzmirlə birlikdə olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.