SİYASƏT


Fuad Muradov: Türk Şurasına üzv ölkələr Azərbaycanın işğal altındakı torpaqlarının azad olunmasını istəyir

Ankara, 9 noyabr, AZƏRTAC 

Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərinin yaratdığı səmərəli əməkdaşlığın bəhrəsi bütün türk dünyasında böyük bir nailiyyət kimi qəbul olunur.

Bu fikri AZƏRTAC-a müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov söyləyib. Komitə sədri diqqətə çatdırıb ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərlərinin Ankarada keçirilən III iclası uğurla başa çatıb. Tərəflər ümumi layihələrin təşkili, birgə fəaliyyət, üzv ölkələrlə bağlı həqiqətlərin dünyaya çatdırılması və s. məsələlərdə ortaq fikirdədirlər.

Fuad Muradov deyib: “Ankaradakı iclasda bütün türk dünyasının ağrılı yeri olan Dağlıq Qarabağ münaqişəsi barədə fikirlərimizi bir daha çatdırdıq. Türk Şurasının bütün üzvləri Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını tanıyır. Onlar Azərbaycanın işğal altındakı torpaqlarının azad olunmasını və hərbi təcavüzə məruz qalan ərazilərimizdə vəhşiliklərə son qoyulmasını istəyirlər”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.