MƏDƏNİYYƏT


Fuad Nağıyev: Azərbaycanda 44 hotel ulduz sertifikatı alıb

Fuad Nağıyev: Azərbaycanda 44 hotel ulduz sertifikatı alıb

Bakı, 7 dekabr, AZƏRTAC

Yeni Turizm Qanununa əsasən hər bir hotel fəaliyyətə başladığı tarixdən 6 ay ərzində ulduz kateqoriyası əldə etməlidir. Bu günədək 150 hotel milli ulduz təsnifatına müraciət edib və 100-ə yaxın hotelin təsnifatı başa çatıb. Onlardan 44 hotel 5-4-3 ulduz kateqoriyasına layiq görülərək müvafiq sertifikatlarla təmin olunub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Hotel Assosiasiyasının 5-ci Baş Assambleyasında deyib.

“Azərbaycan Hotel Assosiasiyasının müşahidələri onu deməyə əsas verir ki, az ulduzlu kateqoriyaya daxil olan hotellər göstərilən tələblərə cavab vermir. Qiymətləndirmədə çatışmayan cəhət hotellərin xidmət səviyyəsinin lazımi dərəcədə olmamasıdır. Milli Ulduz Təsnifatı zamanı həmçinin, hotelin xidmət səviyyəsi “TrustYou” beynəlxalq qonaq rəy platforması vasitəsilə dəyərləndirilir ki, bu da daimi olaraq xidmət səviyyəsinin təkmilləşdirilməsini tələb edir. Hotel bu tələblərə cavab vermədikdə ona verilən ulduz əlindən alınır. Bizim üçün ən vacib məqam şəffaflığın təmin olunmasıdır. Şübhəsiz bu turizm və hotelçilik sənayesinin inkişafına töhfə verəcək. Ümid edirəm ki, ulduz ala bilməyən digər otellər də ulduzlaşma prosesinə qoşula biləcək”, - deyə F.Nağıyev əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.