MƏDƏNİYYƏT


Fuad Nağıyev: Azərbaycanın quru sərhədlərinin bağlı olması turizmə mənfi təsir edir

Fuad Nağıyev: Azərbaycanın quru sərhədlərinin bağlı olması turizmə mənfi təsir edir

Bakı, 7 dekabr, AZƏRTAC

Azərbaycanın quru sərhədlərinin bağlı olması turizmə mənfi təsir edir, lakin sərhədlərin açılması risklidir.

AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

“Quru sərhədlərinin bağlı olması sırf ölkəmizlə əlaqəli məsələ deyil. Azərbaycan 60-dan çox ölkə ilə hava sərhədlərini açıb. Problem ondadır ki, digər ölkələrdə yoluxanların sayı artıb və həmin ölkələrdən giriş-çıxışda məhdudiyyətlər tətbiq olunur. Dövlət hansı risklərin qayıda biləcəyini hesablayır. Dövlət Turizm Agentliyi olaraq istərdik ki, ölkəyə daha çox turist gəlsin. Lakin bilməliyik ki, hansı risklərlə qarşılaşa bilərik. Dövlət ilk olaraq öz vətəndaşlarını qorumağı düşünür və müvafiq proses ardıcıl olaraq aparılmalıdır”, - deyə Fuad Nağıyev bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.