MƏDƏNİYYƏT


Fuad Nağıyev: Ölkəmizin turizm sənayesi bu il özünü 50 faiz bərpa edib

Fuad Nağıyev: Ölkəmizin turizm sənayesi bu il özünü 50 faiz bərpa edib

Bakı, 8 dekabr, AZƏRTAC

Bu ilin 11 ayı ərzində ölkəmizə 1 milyon 458 mindən çox ziyarət qeydə alınıb, bu da 2021-ci ilin rəqəmləri ilə müqayisədə 2,1 dəfə artım deməkdir.

Türkiyə, Səudiyyə Ərəbistanı, Hindistan üzrə bərpa göstəriciləri 90 faizin üzərindədir, Belarus, Pakistan, İordaniya kimi ölkələr isə 2019-cu il nəticələrini belə üstələmişdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Azərbaycan Turizm Sammiti 2022”də söyləyib.

Agentlik sədri qeyd edib ki, turizm sahəsinin inkişafına daha da nail olmaq üçün bütün zəruri addımlar atılır: “Mövcud şərtlər altında ilin əvvəlindən verdiyimiz proqnoz özünü doğrultdu və sənaye bu il özünü 50 faiz bərpa edə bildi. Sammitin keçirilməsində əsas məqsədimiz turizm sənaye subyektlərini bir araya gətirmək, onlara həyata keçirdiyimiz işlər və gələcək planlarımız barədə məlumat verməkdir”.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.