MƏDƏNİYYƏT


Fuad Nağıyev: Turizm reyestrinin yaradılması istiqamətində işlər tamamlanmaq üzrədir

Bakı, 11 dekabr, AZƏRTAC

Azərbaycanda “Turizm haqqında” qanuna və Vergi Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanır. Bu istiqamətdə hazırda dövlət qurumları ilə müzakirələr aparılır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev mətbuata açıqlamasında deyib.

Bildirib ki, müzakirə olunan məsələlərdən biri ölkədə göstərilən turizm xidmətlərinin qiymətlərinin optimallaşdırılması üçün mövcud bazar iqtisadiyyatı şəraitində şirkətlər arasındakı rəqabət mühitini pozmadan müəyyən mexanizmlərin hazırlanmasıdır.

“Əlbəttə, qiymətlərin daha münasib olması birmənalı olaraq rəqabət mühitinin olmasıdır və bunu nəzərə alaraq hesab edirəm ki, hotellərin və turizm obyektlərinin sayının artırılması istiqamətində müəyyən işlər görülməlidir. Hazırda bu sahəyə daha çox investisiyanın cəlb edilməsi istiqamətində İqtisadiyyat Nazirliyi ilə birgə işlər həyata keçiririk”, - deyə F. Nağıyev söyləyib.

Qurumun rəhbəri ölkədə turizm reyestrinin yaradılması istiqamətində aparılan işlərə toxunaraq bildirib ki, işlər tamamlanmaq üzrədir və reyestr yaxın vaxtlarda istifadəyə veriləcək. Reyestrdə həm hotellər, həm də turizm sahəsində göstərilən xidmətlərlə bağlı məlumatlar əks olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.