İQTİSADİYYAT


Fuat Oktay: Hədəfimiz ikitərəfli ticarət dövriyyəsini 2023-cü ildə 15 milyard dollara çatdırmaqdır

Bakı, 20 fevral, AZƏRTAC

Azərbaycan-Türkiyə ikitərəfli ticarət əlaqələri 2020-ci ildə əvvəlki illə müqayisədə 14 faiz artaraq 4,6 milyard dollara çatıb. Hədəfimiz 2023-cü ildə 15 milyard dollarlıq ticarət dövriyyəsinə çatmaqdır.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının iclasından sonra mətbuat konfransında söyləyib.

2019-cu ilin sentyabrında Bakıda keçirilən toplantıda iqtisadi və ticari əlaqələri inkişaf etdirmək üçün önəmli qərarlar qəbul olunduğunu xatırladan Fuat Oktay deyib: “Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, bu qərarların 62 faizi bir il ərzində icra edildi. Bugünkü iclasımızda isə sənaye və texnologiya, enerji, müdafiə, mədəniyyət və turizm, nəqliyyat və kommunikasiya, kənd təsərrüfatı və qida təhlükəsizliyi, təhsil, gənclər və idman kimi sahələrdə əməkdaşlıq imkanlarımızı müzakirə etdik və bir sıra önəmli qərarlar qəbul olundu. Xüsusi vurğulamaq istərdim ki, razılığa gəldiyimiz fəaliyyət istiqamətləri arasında Ermənistanın işğalından azad edilən bölgələrin inkişafı və yenidən dirçəldilməsi məsələsi prioritet sahələrdəndir”.

Vitse-prezident qeyd edib ki, Qarabağda “ağıllı şəhər” modeli ilə dövrümüzün tələblərinə uyğun infrastrukturun yaradılması, kommunikasiya və enerji xətlərinin yenilənməsi, “Yaşıl enerji” konsepsiyasının həyata keçirilməsi, kənd təsərrüfatının dirçəldilməsi, mədəni abidələrin bərpası üçün Türkiyə tərəfi azərbaycanlı qardaşlarına hər cür dəstək verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.