CƏMİYYƏT


Fuat Oktay: “TURKOVAC” Azərbaycanda tətbiq edilə bilər

Bakı, 12 sentyabr, AZƏRTAC

Türkiyənin COVID-19 əleyhinə yerli peyvəndi “TURKOVAC” Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə tətbiq oluna bilər.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay "Anadolu" agentliyinə müsahibəsində deyib.

O, “TURKOVAC”ın 3-cü mərhələ işlərinin Qırğızıstanda aparılması üçün Prezident Sadır Japarovla razılığa gəldiklərini açıqlayıb.

Bu vaksinin 3-cü mərhələ araşdırmaları barədə fikir mübadiləsi aparıldığını diqqətə çatdıran Türkiyənin vitse-prezidenti deyib: “Başda Pakistan, Azərbaycan, Argentina, Kolumbiya və Polşa olmaqla, bir çox ölkə ilə 3-cü mərhələ araşdırmaları ilə bağlı danışıqlar davam edir".

Fuat Oktay "TURKOVAC"ın bütün dünyada istifadə olunan peyvənd halına gəlməsi və beynəlxalq keyfiyyət əldə edilməsi üçün vacib addımların atıldığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.