SİYASƏT


Fuat Oktay: Türkiyə ilə Azərbaycan bir-birinin ən önəmli siyasi müttəfiqi, əsas ticarət tərəfdaşı və sərmayəçisidir

Bakı, 18 fevral, AZƏRTAC

Türkiyə ilə Azərbaycan bir-birinin, sadəcə, qanı ilə, canı ilə qardaşı deyil, eyni zamanda, ən önəmli siyasi müttəfiqi, əsas ticarət tərəfdaşı və sərmayəçisidir. Azərbaycan ilə iqtisadi və ticarət münasibətlərimizi ən yüksək səviyyəyə çatdıracağımıza inanıram.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə-Azərbaycan Biznes Forumunda çıxışı zamanı Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay deyib.

Fuat Oktay vurğulayıb ki, işğalçıların, terrorçuların qarşısında Azərbaycanın yanında olduq. Qarabağ müharibəsində şəhid olan qəhrəman Azərbaycan əsgərlərini və həlak olan 100 dinc sakin qardaşlarımızı rəhmətlə anır, qazilərimizə cansağlığı və uzun ömür diləyirəm.

Türkiyənin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında fəal iştirak edəcəyini bildirən Vitse-prezident deyib ki, Naxçıvan ilə Azərbaycanın digər bölgələri arasında planlaşdırılan dəhlizin açılması ilə Bakı Mərkəzi Asiya bölgəsində önəmli logistik mərkəz halına gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.