İDMAN


Fukuoka prefekturasında Olimpiya məşəli estafetində tamaşaçılar iştirak etməyəcəklər

Bakı, 6 may, AZƏRTAC

Yaponiyanın Fukuoka prefekturasının rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar Olimpiya məşəli estafetini ictimai yerlərdə tamaşaçıların iştirakı ilə keçirməyi qərara alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə prefektura rəhbərliyi məlumat yayıb. Məlumatda Olimpiya məşəli estafeti üçün yeni formatın Beynəlxalq Olimpiya Komitəsi ilə razılaşdırılacağı qeyd olunub.

Xatırladaq ki, Yaponiyada Olimpiya məşəli estafeti martın 25-də Fukusima prefekturasında yerləşən “J-Village” təlim-məşq bazasının ərazisində başlayıb. Ümumilikdə 121 gün davam edəcək estafetə 10 mindən çox iştirakçının qatılması nəzərdə tutulub. Estafetin 47 prefekturanı əhatə edən 859 bələdiyyənin ərazisindən keçəcəyi bildirilir.

Xatırladaq ki, Tokio Olimpiya və Paralimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə bu yarışların vaxtı cari il iyulun 23-dən avqustun 8-dək dəyişdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.