DÜNYA


“Fukusima-1” AES-də yanacaq millərinin çıxarılması növbəti dəfə təxirə salınıb

Tokio, 8 mart, AZƏRTAC

Yaponiyanın qəzalı vəziyyətdə olan “Fukusima-1” atom elektrik stansiyasının (AES) operatoru 3 nömrəli reaktordan yanacaq millərinin çıxarılmasını növbəti dəfə təxirə salıb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, 2011-ci ilin martında baş vermiş qəza zamanı nüvə yanacağının əridiyi reaktorun soyuducu çənində 566 yanacaq mili qalıb. Yanacağın çıxarılması AES-in sökülməsi planında əsas addımlardan biri hesab edilir.

AES-in operatoru olan “Tokyo Electrik Power Co.” şirkəti ötən ilin noyabrına planlaşdırılan millərin çıxarılması işlərini cari il martın sonunadək təxirə salmağa məcbur qalıb. Bunun səbəbi kimi milləri qaldıracaq qurğuda və digər avadanlıqda problemlərin olması göstərilib. Avadanlıqda problemin olduğunu bildirən şirkət, bu dəfə həmin işlərə apreldə və ya daha sonra başlayacağını bildirib.

Xatırladaq ki, 2011-ci ildə baş verən atom qəzası nəticəsində AES-in 1 və 2 nömrəli reaktorlarında da yanacaq əriməsi baş verib. İşlənmiş yanacağın çıxarılması işləri 3 nömrəli reaktorda digərlərinə nisbətən daha sürətlə aparılıb.

Bununla yanaşı, 3 nömrəli reaktorda işlərin 2014-cü ildə təsdiq edilmiş planda nəzərdə tutulduğundan 4 il geri qaldığı bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.