DÜNYA


“Fukusima-1” AES-də yeraltı buz divarın son hissəsinin inşasına başlanılıb

Tokio, 22 avqust, AZƏRTAC

Qəzalı vəziyyətdə olan “Fukusima-1” Atom Elektrik Stansiyasında (AES) yeraltı suların enerji blokuna sızmasının qarşısını almaq üçün buz divarın son hissəsinin tikintisinə başlanılıb.

Avqustun 22-də “Tokyo Elelctric Power Co.” elektrik stansiyasının əməkdaşları divarın son yeddi metrlik hissəsinin dondurulmasına başlayıblar. Onlar mənfi 30 dərəcə Selsili xladaqentin yerin altındakı borularda dövr etməsi üçün 11 dəstəyi açıblar.

Şirkət 1,5 kilometr uzunluğunda buz divarın yaradılmasına ötən ilin martında başlayıb. Dondurulması nəzərdə tutulan son hissə dağlıq ərazidə yerləşir. Nüvə Tənzimlənməsi üzrə Komissiya cari ayda təhlükəsizlik tədbirlərinin qənaətedici olması barədə qərar qəbul edərək həmin işlərin aparılmasına razılıq verib. Şirkətdən bildirilib ki, əldə edilmiş təcrübə dondurulma işinin ən azı iki ay vaxt aparacağını deməyə əsas verir. Buna səbəb isə ərazidə yeraltı axınların çox olması göstərilir. Buz divar inşa edildikdən sonra enerji bloklarına sızan suyun səviyyəsinin gündəlik 140 tondan 100 tonadək azalacağı gözlənilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.