DÜNYA


“Fukusima-1” AES-in 3 nömrəli reaktorundakı yanacaq milləri çıxarılacaq

Tokio, 13 aprel, AZƏRTAC 

Qəzalı vəziyyətdə olan “Fukusima-1” AES-in operatoru “Tokyo Electric Power” şirkəti tezliklə stansiyanın 3 nömrəli reaktorundakı yanacaq millərinin çıxarılmasına başlayacaq.

AZƏRTAC xəbər verir ki, operatorun yaydığı məlumata görə, həmin işlərə aprelin 15-də başlanacaq. Burada 566 yanacaq mili yığmasının olduğu qeyd edilib. Şirkətdən bildirilib ki, əvvəlcə istifadə edilməmiş yeddi yığmanın başqa tikiliyə köçürülməsi üçün krandan istifadə olunacaq.

Şirkət işləri 2021-ci ilin martınadək yekunlaşdırmağı planlaşdırır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.