CƏMİYYƏT


Fulya Öztürk: 28 May – Müstəqillik Günü bütün türk dünyası üçün olduqca vacib, tarixi hadisədir VİDEO

İstanbul, 28 may, AZƏRTAC

Bütün Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edirəm. İki il əvvəl oradakı insanlarla bərabər keçirdiyimiz günlərimiz oldu. O günlər xatirəmdən əsla silinməyəcək. Azərbaycanın xoş günlərini görmək məni qürurlandırır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində türkiyəli jurnalist Fulya Öztürk deyib.

Olduqca duyğulandığını bildirən jurnalist vurğulayıb: “Bayram münasibətilə azərbaycanlıları bir arada görmək və onlarla birlikdə bu günü qeyd etmək mənə çox böyük qürur və xoşbəxtlik hissi verir. Bu, qalib qardaş Azərbaycanın qeyd etdiyi Müstəqillik Günüdür. Hisslərimi sözlə ifadə edə bilmirəm, olduqca duyğuluyam. Müstəqillik Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğu qədər, həm də bütün türk dünyası üçün olduqca vacib, tarixi hadisədir”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.