İDMAN


Futbol kralı Pelenin partnyoru Koutinyo vəfat edib

Bakı, 12 mart, AZƏRTAC

Futbol kralı Pelenin Braziliya yığma komandasında partnyoru Antonio Uilson Viyera Onorio (daha çox Koutinyo adı ilə tanınır) 75 yaşında vəfat edib. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu məlumat mərhum futbolçunun Pele ilə birlikdə oynadığı Braziliyanın “Santos” klubunun Twitter səhifəsində yerləşdirilib.

Məlumatda deyilir: “Biz ən böyük ustadlarımızdan birini itirmişik. Koutinyonu, onun qələbələrini və qollarını heç bir vaxt unutmayacağıq”.

Futbolçunun həmkarları və rəqibləri olmuş oyunçular onun yaxınlarına və klubun azarkeşlərinə başsağlığı verirlər. Onlar qeyd edirlər ki, Koutinyo hücumda Pelenin ən mükəmməl partnyoru olub. 1962-ci ildə Çilidə keçirilmiş turnirdə dünya çempionu olmuş futbolçunun xatirələrində deyilir ki, onun əsl futbol oynadığı klub yalnız doğma “Santos” olub.

Koutinyo 1943-cü ildə Pirasikaba şəhərində (San-Paulu ştatı) anadan olub və artıq 14 yaşından “Santos”da oynamağa başlayıb. Topa sahib olmaq üzrə yüksək texnikasına və hücumları başa çatdırmaq məharətinə görə futbolçu tezliklə mərkəz hücumçusu mövqeyində çıxış edib. O, “Santos”un heyətində 457 matç keçirib, 368 qola imza atıb və klubun tarixində üçüncü ən məhsuldar oyunçu olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.