İDMAN


Futbol üzrə “Akademiya kuboku” turniri təşkil olunacaq

Bakı, 12 fevral, AZƏRTAC

Bakıda müstəqil fəaliyyət göstərən futbol məktəbləri və akademiyaları arasında “Akademiya kuboku” turniri təşkil olunacaq.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, fevralın 14-də başlayacaq turnirdə 2011-2012-ci il təvəllüdlü futbolçulardan ibarət 7 komanda – “Stars United”, EFA, “Leon”, “Tekin”, “Ordu”, “Gilavar” və “Xəzər Buzovna” iştirak edəcək.

Dairəvi sistemlə keçiriləcək yarış bir dövrədən ibarət olacaq. Oyunlar Bakı Olimpiya Stadionunun mini futbol meydançalarında keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.