İDMAN


Futbol üzrə Avropa çempionatının dörd oyununa ev sahibliyi edəcək Bakıda personajların keçidi olub

Bakı, 10 iyun, AZƏRTAC

“Avro-2020”nin qrup mərhələsinin üç və dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək Bakıda iyunun 10-da personajların keçidi olub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda təşkil olunan mərasimdə Türkiyə, İsveçrə və Uels yığmalarını təmsil edən rəqqaslar, musiqiçilər, maskotlar və azarkeşlər iştirak ediblər.

Keçidin məqsədi Avropa çempionatının Bakıda keçiriləcək oyunlarının təbliğidir. İyunun 8-dən 20-dək davam edəcək mərasim hər gün Bakının müxtəlif məntəqələrində təşkil olunacaq.

Keçid həm piyada, həm də avtobuslarla gəzintidən ibarətdir. Mərasimdə ümumilikdə 47 personaj iştirak edir. Bakıdakı oyunlarda iştirak edəcək hər ölkə 4 musiqiçi, 2 maskot, 3 rəqqas və s. ilə təmsil olunur.

Qeyd edək ki, Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Bakı Olimpiya Stadionu A qrupu çərçivəsində keçiriləcək İsveçrə - Uels (12 iyun), Türkiyə - Uels (16 noyabr) və Türkiyə - İsveçrə (20 iyun) qarşılaşmalarına, eləcə də dörddəbir final mərhələsinin bir oyununa (3 iyul) ev sahibliyi edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.