İDMAN


Futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü tura yekun vurulub

Bakı, 3 dekabr, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, sonuncu oyun günündə "Sabah" klubu "Qarabağ"ı qəbul edib. Masazırdakı "Bank Respublika Arena"da baş tutan matçda qonaqlar qalib gəliblər - 1:0.

Xorvatiyalı Jelko Sopiçin meydan sahiblərinin baş məşqçisi postunda debüt etdiyi görüşün 74-cü dəqiqəsində Abdullah Zubir fərqlənib.

Ağdam təmsilçisi bu qalibiyyətdən sonra xalını 30-a çatdırıb. "Sabah" isə 13 xalla 6-cı sıradadır.

Qeyd edək ki, hesabat turunda "Qəbələ" "Zirə"yə 3:0, "Keşlə" "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib. "Səbail" - "Neftçi" qarşılaşması isə qolsuz bərabərliklə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.