İDMAN


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun oyunlarının hakimləri müəyyənləşib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun oyunlarının hakimləri müəyyənləşib

Bakı, 6 may, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun oyunlarının hakimləri müəyyənləşib.

AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, iki günü əhatə edəcək tura mayın 8-də “ASCO Arena”da keçiriləcək “Səbail” – “Sabah” oyunu ilə start veriləcək. Elçin Məsiyevin idarə edəcəyi qarşılaşma saat 18:00-da start götürəcək.

Günün ikinci görüşü saat 20:15-də başlayacaq. “Qarabağ” – “Zirə” matçının baş hakimi Kamal Umudlu olacaq. Qarşılaşma “Azersun Arena” stadionunda oynanılacaq.

Mayın 9-da keçiriləcək iki qarşılaşma ilə turun oyunlarına yekun vurulacaq. İkinci günün ilk oyununda Sumqayıtdakı “Kapital Bank Arena” stadionunda “Sumqayıt” klubu “Şamaxı” komandasını qəbul edəcək. Saat 17:30-da start götürəcək görüşdə baş hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

Tura “Qəbələ” – “Neftçi” oyunu ilə yekun vurulacaq. Qəbələ şəhər stadionundakı Fərid Hacıyevin idarə edəcəyi qarşılaşma saat 19:45-də start götürəcək.

Turun görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

İyirmi beş turdan sonra turnir cədvəlinə 59 xalla bir oyun az keçirən “Qarabağ” klubu başçılıq edir. Xatırladaq ki, ötən tur “Qarabağ” vaxtından əvvəl çempionluğunu təmin edib. Əlli xal toplayan “Neftçi” ikinci, 42 xalı olan “Zirə” üçüncü, ondan dörd xal az toplayan “Qəbələ” isə dördüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sabah” (36), “Şamaxı” (21), “Sumqayıt” (15) və “Səbail” (15) klubları qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.