İDMAN


Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulub

Bakı, 8 avqust, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, son oyun günündə bir görüş keçirilib. Doqquz illik fasilədən sonra Azərbaycan Premyer Liqasına elitaya qayıdan “Turan Tovuz” öz meydanında “Qəbələ”ni qəbul edib. Tovuz şəhər stadionunda keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu oyunda Premyer Liqada VAR sistemi ilk dəfə hakimin köməyinə çatıb. 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən İsnik Alimi “Qəbələ”ni hesabda önə çıxarıb. Beş dəqiqə sonra isə Rafael Utziq komandasının üstünlüyünü möhkəmləndirib - 2:0. Bu nəticədən sonra “Qəbələ” 3 xalla üçüncü pillədə qərarlaşıb. “Sabah”, “Qarabağ”, “Zirə” və “Neftçi” də eyni xala malikdir. Xalı olmayan “Turan Tovuz” isə doqquzuncu sırada qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.