İDMAN


Futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turunda “Keşlə” səfərdə “Kəpəz”i məğlub edib

Bakı, 18 fevral, AZƏRTAC

Fevralın 18-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turunda “Kəpəz” klubu doğma meydanda “Keşlə”ni qəbul edib.

AZƏRTAC xəbər verir ki, baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi matçda qonaqlar minimal hesablı qələbə qazanıblar. Görüşdə yeganə qolu matçın 51-ci dəqiqəsində Fuad Bayramov ev sahiblərinin qapısından keçirib.

Bu qələbədən sonra xallarının sayını 12-yə çatdıran “Keşlə” klubu yeddinci pillədədir. “Kəpəz” isə 7 xalla sonuncu sırada qərarlaşıb.

Turun sonuncu oyununda “Səbail” və “Qarabağ” klubları qarşılaşırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.