İDMAN


Futbol üzrə Azərbaycan Premyer Liqasının XXII turunun oyun cədvəli açıqlanıb

Bakı, 20 mart, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının XXII turunun oyunlarının vaxtı müəyyənləşib.

AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, iyirmi birinci turun oyunları iki günü əhatə edəcək.

Tura martın 30-da saat 16:00-da Zirə İdman Kompleksinin stadionunda “Zirə”–“Səbail” görüşü ilə start veriləcək. Həmin gün keçiriləcək “Keşlə”–“Neftçi” oyunu isə saat 18:30-da başlayacaq. Qarşılaşma “ASK Arena”da təşkil olunacaq.

İkinci günün ilk oyunu aprelin 1-də Qəbələ şəhər stadionunda baş tutacaq. “Qəbələ” klubu debütant “Sabah” komandasını qəbul edəcək.

Turun son görüşü isə “Kapital Arena” stadionunda “Sumqayıt” və “Qarabağ” komandaları arasında təşkil olunacaq. Görüş saat 18:30-da start götürəcək.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.

İyirmi bir turdan sonra turnir cədvəlində “ikihakimiyyətlilik” yaranıb. Aktivlərində 45 xalı olan “Neftçi” və “Qarabağ” turnir cədvəlində birinci və ikinci yerləri bölüşürlər. “Səbail” klubu 31 xalla üçüncü, 29 xalı olan “Qəbələ” isə dördüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq, “Sabah” (22), “Zirə” (22), “Keşlə” (19) və “Sumqayıt” (17) yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.