İDMAN


Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV turunun oyun cədvəli müəyyənləşib

Bakı, 16 aprel, AZƏRTAC 

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində keçiriləcək oyunların vaxtları müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, iki günü əhatə edəcək tura aprelin 21-də start veriləcək. İlk oyun günündə “Zirə” səfərdə “Keşlə”nin qonağı olacaq. Günün digər qarşılaşmasında isə “Sumqayıt” və “Qarabağ” klubları üz-üzə gələcəklər.

Turun ikinci gününün ilk qarşılaşmasında “Səbail” doğma meydanda “Kəpəz” klubunu qəbul edəcək. Turun sonuncu matçında isə “Neftçi” və “Qəbələ” klubları qarşılaşacaqlar.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 56 xalla “Qarabağ” komandası başçılıq edir. “Qəbələ” 42 xalla ikinci, “Sumqayıt” 39 xalla üçüncü, “Zirə” 35 xalla dördüncü, “Neftçi” 34 xalla beşinci yeri tutur. Sonrakı yerlərdə “Səbail” (19 xal), “Keşlə” (18 xal) və “Kəpəz” (12 xal) qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.