İDMAN


Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turuna yekun vurulub

Bakı, 26 avqust, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun son görüşü “Zirə” və “Neftçi” komandaları arasında olub – 1:0. Görüşün 27-ci dəqiqəsində “Zirə”nin kapitanı Cavid Hüseynov fərqlənib. Bu nəticədən sonra “Zirə”nin 3, “Neftçi”nin isə 1 xalı var.

Qeyd edək ki, ikinci turun əvvəlki üç qarşılaşmasında "Səbail" səfərdə “Sumqayıt”a, “Qarabağ” evdə “Qəbələ”yə qalib gəlib. “Sabah” isə öz meydanında “Keşlə”yə uduzub - 0:1.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.