İDMAN


Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun təqvimi açıqlanıb

Bakı, 19 avqust, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunda oynanılacaq qarşılaşmaların vaxtı müəyyənləşib.

AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, 2019-2020-ci il mövsümünün ikinci turunun görüşləri üç günü əhatə edəcək. Tura avqustun 24-də “Sumqayıt” - “Səbail” oyunu ilə start veriləcək. Saat 19:00-da başlayacaq qarşılaşma “Kapital Bank Arena”da təşkil olunacaq.

Avqustun 25-də “Sabah” klubu “Keşlə” komandasını qəbul edəcək. “Bank Respublika Arena”da baş tutacaq görüş saat 18:45-də başlayacaq. Həmin gün oynanılacaq “Qarabağ” – “Qəbələ” qarşılaşması “Azərsun Arena”da saat 21:00-da start götürəcək.

Turun sonuncu oyunu “Zirə” və “Neftçi” klubları arasında oynanılacaq. Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq qarşılaşma saat 19:00-da başlayacaq.

Qeyd edək ki, birinci turda “Qəbələ” öz meydanında “Sumqayıt” klubuna (0:2), “Keşlə” isə “Qarabağ”a (0:1) məğlub olub. “Səbail” komandası isə ev oyununda “Zirə”ni minimal hesabla məğlub edib - 1:0. Birinci tura bu gün saat 20:00-da başlayacaq “Neftçi” – “Sabah” oyunu ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.