İDMAN


Futbol üzrə Azərbaycan Premyer Liqasının onuncu turunun təqvimi açıqlanıb

Bakı, 13 noyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasının onuncu turunun təqvimi açıqlanıb.

AZƏRTAC Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, iki günü əhatə edəcək tura noyabrın 21-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah”–“Səbail” oyunu ilə start veriləcək. Oyun saat 14:00-da başlayacaq.

Həmin gün “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Sumqayıt” oyunu isə saat 16:00-da start götürəcək.

Turun növbəti iki görüşü noyabrın 22-də baş tutacaq. Günün ilk matçı Qəbələ şəhər stadionunda “Qəbələ” və “Neftçi” arasında oynanılacaq. Oyun saat 14:00-da başlayacaq.

Günün və turun sonuncu oyunu Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq. Turnir cədvəlin liderlərindən biri “Zirə” öz meydanında “Keşlə” komandasını qəbul edəcək. Oyun saat 16:00-da başlayacaq.

Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Doqquz turdan sonra turnir cədvəlinə 15 xalı olan “Sumqayıt”, “Qarabağ” və “Zirə” klubları başçılıq edirlər. On dörd xalı olan “Neftçi” dördüncü, “Keşlə” isə 12 xalla beşinci yerdə qərarlaşıb. Digər pillədə müvafiq olaraq “Səbail” (9), “Qəbələ” (8) və “Sabah” (6) yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.