İDMAN


Futbol üzrə Azərbaycan çempionatı: “Qarabağ” klubu “Sumqayıt”ı qəbul edəcək

Bakı, 23 fevral, Nicat Məmmədov, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan çempionatının 18-ci turun növbəti iki qarşılaşması oynanılacaq.

AZƏRTAC xəbər verir ki, “Bank Respublika Arena”da “Sabah” klubu “Səbail” komandasını qəbul edəcək. Hər iki kollektiv son iki matçından qələbə ilə ayrılıb. Hazırda “Sabah” 19 xalla 6-cı, “Səbail” 18 xalla 7-ci pillədə qərarlaşıb. Bu görüşün qalibi 5-ci pilləyə yüksələcək.

İki komanda indiyədək altı dəfə qarşılaşıb. Oyunlardan üçündə “Sabah”, iksində isə “Səbail” qələbə qazanıb, bir matçda isə heç-heçə qeydə alınıb. Topların nisbətində də masazırlılar öndədirlər - 9:7. “Sabah” son üç oyunda üç qol vuraraq qalib gəlib. Bu komandanın ev matçlarında üç və ya daha çox top qeydə alınır.

Turun son oyununda “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Sumqayıt”ı qəbul edəcək. Görüşün nəticəsinə 38 xalla birinci yerdə gedən Ağdam klubunun, nə də 22 xalla 4-cü olan “gənclik şəhəri” təmsilçisinin mövqeyinə təsir edəcək. Bununla belə, hər iki kollektivə qələbə qazanaraq, hazırkı mövqelərində möhkəmlənmək və ən yaxın izləyiciləri ilə xal fərqini artırmaq vacibdir.

Çünki, “Neftçi”nin ilk oyun günündə “Qəbələ” üzərində 2:0 hesablı səfər qələbəsindən sonra “Qarabağ”la xal fərqi beşə enib, “Keşlə”nin “Zirə”ni evdə 4:0 hesabı ilə məğlub etdiyindən sonra isə “Sumqayıt” 3-cü pillədən 7 xal geri düşüb.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv cari mövsüm Premyer Liqada yeganə məğlubiyyətini məhz bugünkü rəqibindən alıb. 2019-cu il noyabrın 22-də keçirilmiş matçda “Sumqayıt” evdə 2:1 hesablı qələbə qazanıb. “Qarabağ” isə ilk dövrənin oyununda üstün olub - 2:0.

Ümumiyyətlə, iki komanda arasında indiyədək 30 çempionat görüşü keçirilib. Bunların 22-də “Qarabağ”, beşində “Sumqayıt” üstün olubsa, üç matç heç-heçə ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.