İDMAN


Futbol üzrə Azərbaycan çempionatı: “Sumqayıt” – “Zirə” oyununda hesab açılmayıb

Bakı, 3 mart, Nicat Məmmədov, AZƏRTAC

Martın 3-də futbol üzrə Azərbaycan çempionatının XVIII turu çərçivəsində növbəti oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, turun üçüncü oyununda “Sumqayıt” klubu öz meydanında “Zirə”ni qəbul edib. “Kapital Bank Arena”da qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesab açılmayıb.

Bu nəticədən sonra xal ehtiyatını 29-a çatdıran “Zirə” turnir cədvəlində üçüncü yerdəki mövqeyini qoruyub. “Sumqayıt” isə 24 xalla dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, tura martın 2-də oynanılan iki görüşlə start verilib. Həmin oyunda lider “Qarabağ” öz meydanında “Qəbələ”ni 3:0 hesabı ilə məğlub edib. “Səbail” – “Keşlə” oyununda isə hesab açılmayıb – 0:0.

Tura “Neftçi” – “Sabah” oyunu ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.