İDMAN


Futbol üzrə Azərbaycan çempionatının XVIII turunun daha iki matçına hakim təyinatları olub

Bakı, 2 mart, AZƏRTAC

Futbol üzrə Azərbaycan çempionatının XVIII turunun daha iki matçına hakim təyinatları açıqlanıb.

AZƏRTAC Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, martın 3-də keçiriləcək “Sumqayıt” – “Zirə” oyununu İnqilab Məmmədov idarə edəcək. Turun sonuncu - “Neftçi” – “Sabah” matçında isə baş hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək.

Qeyd edək ki, XVIII turun ilk iki oyunu bu gün keçiriləcək. “Səbail” öz meydanında “Keşlə”, lider “Qarabağ” isə “Qəbələ” klubu ilə qarşılaşacaqlar. Həmin oyunları müvafiq olaraq, FIFA referiləri Əliyar Ağayev və Kamal Umudlu idarə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.