İDMAN


Futbol üzrə Azərbaycan kubokunun final matçını hakim İnqilab Məmmədov idarə edəcək

Bakı, 13 may, AZƏRTAC

Futbol üzrə Azərbaycan kubokunun final matçını idarə edəcək hakim müəyyənləşib.

AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, mayın 19-da “Qəbələ” – “Sumqayıt” görüşü İnqilab Məmmədov tərəfindən idarə olunacaq. Ona Rahil Ramazanov, Pərvin Talıbov və Səbuhi Bayramov kömək edəcəklər. Görüşün hakim-inspektoru Vüsal Əliyev, AFFA nümayəndəsi isə Eldəniz Musayev olacaq.

Turnirin həlledici qarşılaşması Naxçıvan Muxtar Respublikası Stadionunda oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.