İDMAN


Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi ilə müqavilə uzadılıb

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 4-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, aparılmış müzakirələrdən sonra futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilənin müddəti daha bir seçmə mərhələ müddətinə uzadılması barədə qərar qəbul olunub.

Azərbaycan U-19 milli komandasının baş məşqçisi Miloş Velebitlə müqaviləyə xitam verilib.

Qızlardan ibarət milli komandaların baş məşqçiləri təsdiq olunub. Belə ki, U-19 Zamir Həsənova, U-17 Nərgiz Qurbanovaya, U-15 Xanlar Əliyevə həvalə olunub.

Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklərin aparılması ilə bağlı təkliflərin hazırlanması baş katibliyə tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.