İDMAN
Futbol üzrə Azərbaycan millisi “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib
Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
AZƏRTAC xəbər verir ki, israilli baş hakim Alon Yefetin idarə etdiyi oyunun ilk hissəsində bolqarıstanlı futbolçu İ.Miçanski hesabı açıb. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ikinci hissəsində hesab bərabərləşib. Qolu 54-cü dəqiqədə Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov vurub. Oyunun 86-cı dəqiqəsində rəqib komandanın sonradan oyuna daxil olan futbolçusu Ventsislav Xristov ikinci topu Azərbaycan millisinin qapısından keçirib.
Azərbaycan və Bolqarıstan komandalarının yer aldıqları “H” qrupunda İtaliya, Xorvatiya, Norveç və Malta milliləri də mübarizə aparırlar.
Bolqarıstanla qarşılaşmadan sonra millimiz oktyabrın 10-da Palermo şəhərindəki “Renzo Barbera” stadionunda İtaliya millisi ilə görüşəcək.