Futbol üzrə Azərbaycan millisi Latviya yığmasına məğlub olub
AzerTAg.az

Bakı, 29 mart, AZƏRTAC
Futbol üzrə Azərbaycan milli komandası martın 29-da Maltanın Ta Qali şəhərindəki Milli Stadionda Latviya yığması ilə beynəlxalq yoldaşlıq oyunu keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin start heyətində meydana Səlahət Ağayev, Qara Qarayev, Azər Salahlı, Bəhlul Mustafazadə, Maksim Medvedev, Höccət Haqverdi, Emin Mahmudov, Renat Dadaşov, Dmitri Nazarov, Eddi İsrafilov və Toral Bayramov çıxıblar.
Latviya millisinin start heyətində isə Pavel Steinbor, Vladislav Sorokin, Kaspar Dubra, Antoni Çernomordı, Krister Tober, Vladislav Qutkovski, Robert Savalnyek, Andrey Çiqaņiks, Renar Varslavan, Raymond Krolli və Aleksey Savelyev yer alıblar.
Görüş 1:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Matçda yeganə qolu Vladislav Qutkovski vurub.
Komandamız tarixində 5-ci dəfə Latviya ilə üz-üzə gəlib. Əvvəlki dörd yoldaşlıq matçının 3-ü heç-heçə ilə yekunlaşıb, birində isə Azərbaycan millisi qələbə qazanıb.
Xatırladaq ki, millimiz martın 25-də Malta ilə keçirdiyi yoldaşlıq oyununda da məğlub olub – 0:1.
Xəbərin mətnində orfoqrafik səhv var