İDMAN


Futbol üzrə Azərbaycan millisi növbəti yoldaşlıq görüşündə Qazaxıstan yığmasının qonağı olub

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 5-də futbol üzrə Azərbaycan millisi yoldaşlıq görüşündə səfərdə Qazaxıstan yığması ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, “Astana Arena”da oynanılan görüşdə 3:0 hesabı ilə ev sahibləri qalib gəliblər.

Qazaxıstan millisinin heyətində matçın 12-ci dəqiqəsində Roman Murtazayev hesabı açıb. İki dəqiqə sonra ev sahibləri Serikjan Mujikovun qolu ilə hesab arasındakı fərqi artırıblar. İlk hissə bu hesabla başa çatıb. Matçın ikinci hissəsində komandalar qarşılıqlı hücumlar etsələr də, hesab 90-cı dəqiqədə dəyişib. Baktiyor Zaynutdinov Qazaxıstan millisinin üçüncü qoluna imza atıb.

Qeyd edək ki, milli komandamız növbəti yoldaşlıq oyununda Latviya yığmasının qonağı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.