İDMAN


Futbol üzrə Bakı kuboku yarışlarına yekun vurulub

Bakı, 23 oktyabr, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən keçirilən futbol üzrə paytaxt kuboku yarışlarına yekun vurulub.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, kubok yarışlarında Qaradağ, Binəqədi, Xəzər, Sabunçu, Nizami, Yasamal, Nərimanov, Xətai, Nəsimi rayon komandaları, “İnam” və “Ruslan” klubları iştirak ediblər.

Qaradağ rayonunun komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xətai yarışı ikinci, Xəzər komandası isə üçüncü pillədə başa vurub.

İlk üç yeri tutan komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.