İDMAN


Futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk görüşlərinə yekun vurulub

Bakı, 9 avqust, AZƏRTAC

Futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk görüşlərinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, avqustun 8-də keçirilən ikinci oyun günündə PAOK Yunanıstanda Rusiyanın “Spartak” komandasını (3:2), "Zaltsburq" Avstriyada Makedoniya "Şkendiya"sını (3:0) məğlub edib. "Seltik" isə Şotlandiyada Yunanıstanın AEK klubu ilə hərəyə bir qolla kifayətləniblər – 1:1.

Avqustun 7-də keçirilən oyunların nəticələri isə belə olmuşdu:

"Astana” (Qazaxıstan) – "Dinamo” (Zaqreb, Xorvatiya) - 0:2

"Qarabağ" (Azərbaycan) - BATE (Belarus) - 0:1

"Malmö" (İsveç) - "Videoton" (Macarıstan) - 1:1

"Slaviya" (Praqa, Çexiya) - "Dinamo" (Kiyev, Ukrayna) - 1:1

"Standard" (Belçika) - "Ayaks" (Hollandiya) - 2:2

"Srvena Zvezda" (Serbiya) - "Spartak" (Trnava, Slovakiya) - 1:1

"Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə) - 1:0

Cavab görüşləri avqustun 14-də oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.