İDMAN
Futbol üzrə İngiltərə Premyer Liqasının 35-ci turuna start verilib
Bakı, 11 iyul, Nicat Məmmədov, AZƏRTAC
İyulun 11-də futbol üzrə İngiltərə Premyer Liqasının 35-ci turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış matçında çempionatda sonuncu pillədə qərarlaşan “Norviç Siti” öz meydanında “Vest Ham Yunayted” komandası ilə qarşılaşıb. Görüş qonaqların böyük hesablı qələbəsi ilə başa çatıb – 0:4. Oyunda bütün qolları “Vest Ham Yunayted” klubunun hücumçusu Mihail Antonio vurub.
Bu qələbə sayəsində “Vest Ham Yunayted” xal ehtiyatını 34-ə çatdıraraq turnir cədvəlində 16-cı yerdədir. “Norviç Siti”nin isə 21 xalı var.
Turun erkən başlayan digər görüşündə isə “Vatford” klubu “Nyukasl Yunayted” komandasını qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Vatford” klubunun heyətində hər iki qolu Troy Diney vurub. Bu oyundan sonra “Vatford” 34 xalla 17-ci, “Nyukasl Yunayted” isə 43 xalla 13-cü sırada yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]