İDMAN


Futbol üzrə İngiltərə millisi 29 ildən sonra antirekordunu təkrarlayıb

Bakı, 27 sentyabr, AZƏRTAC

Futbol üzrə İngiltərə millisi 29 ildən sonra antirekordunu təkrarlayıb.

AZƏRTAC xəbər verir ki, Qaret Sautqeytin baş məşqçi olduğu komanda 6 rəsmi oyunda qələbə qazana bilməyib.

Yığma UEFA Millətlər Liqasında keçirdiyi 3 matçda heç-heçə edib, eyni sayda məğlubiyyətlə üzləşib. Komanda son olaraq 1993-cü ildə uğursuz seriya ilə yadda qalıb.

Xatırladaq ki, A Liqasında 3-ü qrupu 3 xalla sonuncu pillədə başa vuran İngiltərə millisi B Liqasına düşüb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.